Martın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi
Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il
martın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə
baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan
Respublikası Prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş cənab
Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası
tərəfindən irəli sürülmüş cənab Araz Məmməd Mübariz oğlu Əlizadənin və
namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş
cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi qeydə alınıb.
İclasda həmçinin Vətəndaş və İnkişaf Partiyası
tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr qeydə alınıb.
Kütləvi informasiya vasitələri tərəfindən geniş
işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi