İyulun 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
08 iyul 2005 16:25
İyulun 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 30 may, 4 iyun, 18 iyun və 22 iyun 2005-ci il tarixli iclas protokollarının təsdiq edilməsi haqqında qərar qəbul olunmuşdur.
Sonra MSK katibi Natiq Məmmədov "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında Təlimat”ın layihəsi barədə məlumat vermişdir. Komissiya həmin sənədin təsdiq olunması haqqında qərar şıxarmışdır.
"Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”ın layihəsi barədə isə Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov məlumat vermişdir. MSK bu Təlimatın da təsdiqi haqqında qərar qəbul etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/44 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçicilərin təşəbbüs qruplarının yaradılması, vətəndaşın öz təşəbbüsü və ya seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi irəli sürmələrinin qaydaları haqqında Təlimat”ın qüvvədən düşməsi barədə də qərar çıxarılmışdır.
Bundan başqa, MSK bəzi seçki dairələri dairə seçki komissiyalarınını tərkibində dəyişiklik edilməsi haqqında qərarlar qəbul etmişdir.
Komissiyanın iclasında carı məsələlər də müzakirə edilmişdir.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.