2017-ci il aprelin 7-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il aprelin 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 sentyabr və 11 oktyabr 2016-cı il, eləcə də 6 mart 2017-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.
MSK-nın iclasında həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Cari məsələlərin müzakirəsi zamanı seçici siyahılarının dəqiqləşdirilməsi prosesindən danışılıb və qeyd edilib ki, yanvar ayının əvvəllərindən başlanılmış bu irimiqyaslı prosesə may ayının sonlarında yekun vurulacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi hazırda davam edir.
Komissiyanın iclasında siyasi partiyaların 2016-cı il üzrə illik maliyyə hesabatlarının MSK-ya təqdim olunması fəaliyyəti ilə bağlı vəziyyət də müzakirə olunub.
İclas kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi