Mərkəzi Seçki Komissiyası mayın 31-də Hökumət Evinin akt zalında "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamı ilə əlaqədar seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçici vəsiqələrinin paylanması işinə həsr olunmuş müşavirə keçirmişdir
31 may 2005 16:18
Mərkəzi Seçki Komissiyası mayın 31-də Hökumət Evinin akt zalında "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamı ilə əlaqədar seçici siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi və seçici vəsiqələrinin paylanması işinə həsr olunmuş müşavirə keçirmişdir. Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri, seçki dairələri dairə seçki komissiyalarının sədrləri, MSK Katibliyinin məsul işçiləri iştriak etmişlər.
Müşavirəni Komissiyanın sədri Məzahir Pənahov açmışdır. Prezidentin "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 11 may 2005-ci il tarixli sərəncamının müstəsna əhəmiyyətə malik olduğunu vürğulayan MSK sədri sərəncam imzalanandan bu günə kimi bir çox beynəlxalq qurumların təmsilçiləri və səfirlikliərin nümayəndələri ilə görüşdüyünü və bu şəxslərin ölkə başçısının sözügedən sərəncamını yüksək qiymətləndirdiklərini qeyd etdi. O, bildirdi ki, bu sənəddə seçki komissiyalarının üzərinə ciddi vəzifələr qoyulub və həmin sərəncamdan irəli gələn tələblər dairə və mənrəqə seçki komissiyalarının fəaliyyətinin əsasını təşkil etməlidir.
M. Pənahov sərəncamda Mərkəzi Seçki Komissiyasının üzərinə konkret vəzifələr qoyulduğunu bir daha xatırlatdı. MSK sədri bildirdi ki, bunlardan biri seçicilərin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə bağlıdır. O, MSK-nın bu işlə fəal məşğul olduğunu və sözügedən sərəncamda bu məsələnin daha ciddi qoyulduğunu vurğulayaraq iyun ayının 7-dən 14-dək zona müşavirələrinin keçiriləcəyini, Mərkəzi Seçki Komissiyası üzvlərinin də həmin müşavirələrdə içtirak etmək üçün yerlərə ezam olunacağını söylədi. Komissiya sədri qeyd etdi ki, zona müşavirələri başa çatdıqdan sonra treninqlərə başlanılacaq və bu treninqlərdə bütün mənətəqə və dairə seçki komissiyaları üzvlərinin iştirakı vacibdir.
M. Pənahov bildirdi ki, sərəncamda seçkilərə qanundankənar müdaxilələrin yolverilməzliyi xüsusi vurğulanır. Əgər yerli icra hakimiyyəti strukturları və ya digər qurumlar tərəfindən belə müdaxiləyə yol verilərsə, bu barədə Mərkəzi Seçki Komissiyasına dərhal məlumat verilməli və bu kimi halların qarşısı alınmalıdır.
Sədr exit-poll-ların(çıxışda sorğuların) keçirilməsinə şərait yaradılması barədə də dairə seçki komissiyalarının sədrlərinə göstəriş verdi. O, qeyd etdi ki, bu işlə məşğul olmaq üçün ölkə başçısı tərəfindən beynəlxalq nüfuza malik qurumların ölkəmizə dəvət olunacağını bildirdi.
Komissiyanın sədri vətəndaşların namizədliklərinin qeydiyyata alınması məsələsinin də ciddi diqqətdə saxlanmasını DSK sədrlərinin nəzərinə çatdırdı. Bildirdi ki, bu məsələdə vətəndaşlara qanun çərçivəsində maksimum köməklik göstərilməlidir.
Məzahir Pənahov DSK sədrlərinə hər bir seçicinin seçici vəsiqəsi ilə təmin edilməsi barədə ciddi tapşırıq verdi. MSK sədri vahid seçicilər siyahısının dəqiqləşdirilməsi işinin də yekunlaşdığını və bu məsələ ilə bağlı dəqiqləşdirilmə prosesinin davam etdirilməsinin vacibliyini vurğuladı.
Sonra çıxış üçün söz MSK nəzdində "Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayevə verildi. O da dövlət başçısının məlum sərəncamının əhəmiyətindən söz açdı və həmin sənəddə bir çox məsələlərlə yanaşı vahid seçicilər siyahısı ilə bağlı müddəaların da yer aldığını bildirdi. Mərkəzin direktoru bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.
Müşavirədə bəzi seçki dairələri dairə seçki komissiyalarının sədrləri də çıxış edərək "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamının əhəmiyyətindən danışdılar.
Sonda Mərkəzi Seçki Komisiiyasının sədri Məzahir Pənahov yekun nitqi edərək dairə və məntəqə seçki komissiyalarının üzvləri tərəfindən sözügedən sərəncamın şox ciddi şəkildə mənimsənilməsi və həyata keçirilməsi tələbini bir daha vurğuladı.
Tədbirdə Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi də iştirak edirdi.