2016-cı il avqustun 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2016-cı il avqustun 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) "Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi, eləcə də sözügedən təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Komissiya sözügedən təşviqat qrupu tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi, həmçinin səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydə alınması barədə qərar qəbul edib.
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) "Bələdiyyə” və "Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupları da MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Komissiyanın qərarı ilə qeydə alınıb.
MSK-nın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
MSK Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi