İyunun 12-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşlər.
İyunun 12-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşlər.
Görüşdən məmnunluğunu bildirən MSK sədri rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası ilə əlaqələrinə xüsusi önəm verdiyini bildirmişdir.
Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar ümumi seçki islahatları və qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanmışlar.
Sədr qonaqları ölkədəki seçkiqabağı vəziyyət barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. Vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün bütün lazımi işlərin görüldüyünü qeyd edən M.Pənahov seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımların atılacağını diqqətə çatdırmışdır. MSK sədri həmçinin bildirmişdir ki, şəffaflığın tam təmin edilməsi məqsədilə əvvəlki seçkilərdə olduğu kimi KİV nümayəndələrinə və müşahidəçilərə hərtərəfli şərait yaradılacaqdır.
Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın cari ildəki fəaliyyəti, həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat vermişdir.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr şöbəsi