Noyabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2015-ci il noyabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 11 noyabr 2015-ci il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra iclasda 2015-ci il noyabrın 1-də Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və aidiyyəti normativ-hüquqi aktlara uyğun olaraq, Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Ekspert qrupu üzvləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli və obyektiv araşdırılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul edilib.
Aparılan müzakirələr nəticəsində 79 saylı İmişli seçki dairəsinin 38 saylı seçki məntəqəsi üzrə səvermənin nəticələrinin etibarsız sayılması qərara alınıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi