Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir sıra xarici ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya, Ukrayna, Qazaxıstan, Moldova, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətləri ilə görüşüb.
Xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu ifadə edib. MSK sədri seçki qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın seçki praktikasının təkmilləşməsindəki rolundan danışıb və bildirib ki, bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir.
Nümayəndə heyətlərinin üzvləri MSK sədri Məzahir Pənahova səmimi qəbula görə təşəkkürlərini bildirib. Sədr Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və həyata keçirilmiş genişmiqyaslı layihələri qonaqların diqqətinə çatdırıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi