"Müşahidəçilər üçün yaddaş" kitabçası nəşr edilib
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci il noyabrın 1-nə təyin
edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin
maarifləndirilməsi layihəsi çərçivəsində "Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
Layihənin
həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri
izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş
kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda,
müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş
kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi
normativ xarakterli aktlar əsasında hazırlanıb.
"Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın
rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi