"Deputatlığa namizədlər üçün yaddaş kitabçası" nəşr edilib
Mərkəzi
Seçki Komissiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif seçki
subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.
Layihənin
həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclis üzvlüyünə seçilmək
niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün
onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına
imkan yaratmaqdır.
Nəşrdə
deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası
addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə
ətraflı məlumat verilib.
Yaddaş
kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının
təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
"Deputatlığa namizədlər üçün yaddaş kitabçası”nıaşağı seçki komissiyalarından, eləcə də Mərkəzi
Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək
olar.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr
şöbəsi