Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminar keçirir
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı layihələri davam etdirir.
Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompüter mütəxəssislərini əhatə edir. Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə 2015-ci il avqustun 28-də dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminara başlanılıb. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə "Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətməkdir.
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi