Aprelin 8-də Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb
Aprelin 8-də Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Nümayəndə heyətini salamlayan MSK sədri görüşdən məmnunluğunu ifadə edərək, MSK-nın Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini, seçkilər bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Aleksandr Qessel bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görüləcək işlər və nəzərdə tutulan layihələrlə maraqlanıb. Qonaqların suallarını cavablandıran Komissiya sədri seçkilərlə bağlı atılacaq addımlardan bəhs edib və həmçinin bildirib ki, planlaşdırılan layihələrin bir çoxunun beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə Avropa Şurası ilə MSK arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Foto: AZƏRTAC
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi