Aprelin 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Aprelin 7-də
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
keçirildi. Əvvəlcə Komissiyanın 12 fevral 2015-ci il tarixində keçirilmiş iclasının
protokolu təsdiq edildi.
Sonra MSK
Katibliyi strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə dair
məsələ müzakirə olundu. Komissiya Azərbaycan Respublikası Seçki Məcəlləsinin və
"Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər
edilməsi barədə 30 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası qanununu
rəhbər tutaraq MSK Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən
təsdiq edilməsini qərara aldı.
MSK-nın
qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində
dəyişikliklər edildi.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxıldı.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi