Dekabrın 27-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 27-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 13 dekabr və 24 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əladədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması prinsipini əsas götürən Komissiya, Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq daxil olan müraciətlərə iclasda operativ şəkildə baxaraq müvafiq qərarlar qəbul etdi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi