Azərbaycanda bələdiyyə seçkiləri açıq elan edilib
23 dekabr 2014 08:29
Azərbaycanda 5 min 15 seçki məntəqəsi bələdiyyə seçkilərində səsverməyə açılıb.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı dekabrın 23–də keçirdiyi mətbuat konfransında məlumat verib.
Səhər saat 08.00-da bələdiyyə seçkilərinin başlandığını bildirən MSK sədri qeyd etdi ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir. Seçici siyahılarına adları daxil edilən 4 milyon 819 min 382 seçici səs verəcək. Adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilərlər. Namizədlərin 13 min 907-si 8 siyasi partiya tərəfindən, 23 min 61-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18 min 284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Bir bələdiyyə üzvü yerinə 2,5 nəfər mübarizə aparır.
Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Ümumiyyətlə, builki seçkilərdə qeydə alınan müşahidəçilərin sayı 50 mini keçib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.
"MSK seçkilərin şəffaf keçirilməsi üçün hər cür şərait yaradıb. Seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə gün ərzində 10.00, 12.00, 15.00, 17.00 və 19.00-da məlumat veriləcək. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edərək öz konstitusion hüquqlarını həyata keçirməyə çağırıram”, - deyən M.Pənahov məntəqələrin saat 19.00-da bağlanacağını diqqətə çatdırdı.
AzərTAc