Dekabrın 13-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 11 dekabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıldı. MSK üzvlərinin müzakirəsindən sonra ərizəçilərdən biri ilə bağlı müraciətin təmin edilməsinə, digərləri ilə bağlı təmin edilməməsinə qərar verildi.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi