Dekabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 28 noyabr və 6 dekabr 2014-cü il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin "exit-poll” keçirmək üçün qeydə alınması barədə müraciətinə baxıldı. MSK üzvlərinin müzakirəsindən sonra sözügedən təşkilatın "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olundu.
MSK-nın iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətə də baxıldı. Komissiya tərəfindən aparılan müzakirədən sonra müraciətlə bağlı müvafiq dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılmasına və müraciətin təmin edilməməsinə qərar verildi.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi