İcra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyalarının sədrləri üçün informasiya sessiyalarına başlanılır
05 dekabr 2014 09:50
Azərbaycan Respublikasında 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.
Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq dekabrın 5-dən etibarən informasiya sessiyalarına start verilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan sessiyalar "Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusuna həsr olunub. İcra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə həyata keçiriləcək tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.
İnformasiya sessiyaları 2014-cü il dekabrın 5-də Şəmkirdə, dekabrın 6-da Şirvanda və dekabrın 8-də Bakıda keçiriləcək.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi