Noyabrın 25-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Noyabrın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 21 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan 4 müraciətin 3-nün təmin olunmasına, digər müraciətin isə təmin olunmamasına qərar verildi.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi