Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayıb
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı aşağı seçki komissiyalarının maarifləndirmə proqramı çərçivəsində regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir. Oktyabrın 22-dən etibarən başlanmış kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edir. Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur.
İxtisaslaşdırılmış kursların 3 gün davam etməsi və 24 oktyabrda başa çatması nəzərdə tutulur.