Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Litva Respublikasına rəsmi səfərə gedir
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri
Məzahir Pənahov 2014-cü il mayın 11-də Litva Respublikasında keçiriləcək prezident
seçkilərini müşahidə etmək məqsədilə bu ölkədə səfərdə olacaq.
Litva Mərkəzi Seçki Komissiyasının sədri Zenonas Vaiqauskasın dəvətinə
əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Litvalı həmkarı, eləcə
də digər rəsmi şəxslərlə görüşlər keçirməsi və iki ölkənin seçki qurumları
arasındakı əlaqələr və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə
tutulur.
Səfər zamanı MSK sədrini Katibliyin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Rəşid Yusifbəyli müşayiət edəcək.