Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Noyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 16 və 17 oktyabrda keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxılmışdır. Bildirilmişdir ki, Milli Məclisin deputatı Əli Əhmədov dövlət başçısının Sərəncamı ilə baş nazirin müavini təyin edilmiş və Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinə əsasən, o, deputat mandatından məhrum olunmalıdır. Bundan əlavə, Əli Əhmədov da deputat səlahiyyətlərinə xitam verilməsi xahişi ilə Komissiyaya müraciət ünvanlamışdır. Mərkəzi Seçki Komissiyası bunları nəzərə alaraq Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etmişdir.
MSK 14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
MSK daxil olmuş müraciətə də baxmışdır. Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, müraciətin qanun pozuntuları ilə bağlı hissəsi əsassız olduğundan təmin edilməmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.