2013-CÜ İL OKTYABRIN 9-DA KEÇİRİLMİŞ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇKİLƏRİNİN İLKİN NƏTİCƏLƏRİ İLƏ BAĞLI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ MƏLUMATI

10 oktyabr 2013 20:19

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının
Prezidenti seçkilərinin ilkin nəticələri ilə bağlı
Mərkəzi Seçki Komissiyasının

məlumatı

(10 oktyabr 2013-cü il, saat 12.45)

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəaliyyət göstərən 125 dairə üzrə 5492 seçki məntəqəsinin hamısından səsvermənin nəticələrinə dair elektron protokollar Mərkəzi Seçki Komissiyasına daxil olmuşdur. Məntəqə seçki komissiyalarının elektron protokolları 9 oktyabr saat 20.00-dan başlayaraq, daxil olduqdan dərhal sonra Mərkəzi Seçki Komissiyanın rəsmi internet səhifəsinə yerləşdirilmişdir.

İlkin məlumatlara əsasən, seçicilərin fəallığı 72, 1 % olmuşdur.

Seçki məntəqələrindən daxil olan məlumatlara görə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyev səsvermədə iştirak edənlərin səsinin 84,55 % toplamışdır. Digər namizədlər arasında səslərin faizlə bölgüsü belədir:

Həsənli Cəmil Poladxan oğlu- 5, 53 %

Ağa-zadə İqbal Fehruz oğlu - 2.40 %

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 1,99 %

Oruc Zahid Məhərrəm oğlu – 1,45 %

İsmayılov İlyas Abbas oğlu- 1,07 %

Əlizadə Araz Məmməd Mübariz oğlu – 0,87 %

Quliyev Fərəc İbrahim oğlu -0,86 %

Hacıyev Hafiz Ələmdar oğlu – 0.66 %

Məmmədov Sərdar Calal oğlu - 0,61 %