Pakistandan olan müşahidə missiyası Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndirmişdir
Bakı, 10 oktyabr. Pakistan parlamentinin müşahidəçi missiyası Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirir və İlham Əliyevi şərtsiz qələbəsi münasibətilə təbrik edir.
Bunu Pakistandan olan müşahidəçi missiyanın rəhbəri, senator Müşahid Hüseyin Seyyid Müstəqil Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında demişdir.
O qeyd etmişdir ki, Pakistanın altı partiyasının nümayəndələrinin daxil olduğu missiya, paytaxt Bakıda və bölgələrdə səsvermənin gedişini izləmişdir. Seçkilər ölkə qanunvericiliyinə uyğun həyata keçirilmiş və müşahidəçilər seçki prosesində heç bir ciddi qanun pozuntusu müşahidə etməmişlər.
M.H.Seyyid, həmçinin Dağlıq Qarabağ münaqişәsinin həllində Azərbaycanı tam dəstəklədiyini ifadə etmişdir.