Sercio DIVINO: Azərbaycanın fəal vətəndaş cəmiyyəti üzvlərinin ən böyük arzusu gələcəklərini öz əllərilə tikməkdir
Bakı, 10 oktyabr. İtaliya senatının müşahidəçi missiyası Bakıda və Sumqayıtda 8 seçki məntəqəsində monitorinq keçirmişdir. Onlar bu məntəqələrdə fəal vətəndaş cəmiyyəti üzvlərinin gələcəklərini öz əlləri ilə tikmək istəklərinin şahidi olmuşdurlar.
İtaliya senatının müşahidəçi missiyasının rəhbəri Sercio Divino Müstəqil Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında demişdir ki, səsvermə günü seçki məntəqələrində nizam -intizam müşahidə edilmişdir, seçki prosesi mütəşəkkil qaydada keçirilmişdir. Seçicilərin böyük axınına baxmayaraq, məntəqələr mütәşәkkil qaydada fəaliyyət göstәrmişdirlәr.
Biz səs verməli olduğu seçki məntəqəsinin nömrəsini səhv salan yalnız bir seçicinin məntəqəyə buraxılmamasının şahidi olmuşuq.
Ona görə də deyə bilərəm ki, Azәrbaycanda prezident seçkiləri sərbəst və demokratik şәraitdә keçirilmişdir- deyə Divino vurğulamışdır.
İtaliya senatından olan missiyanın üzvü Mauro Mauritse həmçinin qeyd etmişdir ki, Azərbaycanda seçki prosesi yaxşı təşkil olunmuşdur. Missiya seçki prosesinin demokratik şəraitdə keçirilməsini daha yaxşı təmin etmək üçün seçicilərin barmaqlarının xüsusi mürəkkəblə işarələnməsini yüksək qiymətləndirmişdir. Hər bir məntəqədə biz Azərbaycanda demokratiyanın inkişafında irəliləyiş müşahidə etdik.