Lord Maykl German: Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara tam cavab verir
10 oktyabr 2013 20:07
Bakı, 10 oktyabr. Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara tam cavab verir.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu sözləri oktyabrın 10–da prezident seçkilərinin yekununa həsr olunmuş mətbuat konfransında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının seçkiləri müşahidə etmiş üzvü Lord Maykl German demişdir.
Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə Milli Məclis tərəfindən dəvət olunduğunu vurğulayan Lord German iki rayonu əhatə edən seçki məntəqələrində müşahidələr apardığını bildirmişdir.
Qeyd etmişdir ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun olaraq mütəşəkkil qaydada keçirilmiş və seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs vermələri təmin olunmuşdur. Müşahidələr zamanı heç bir qanun pozuntusunun baş verməsi qeydə alınmamışdır.
L.German seçki məntəqələrində veb-kameraların quraşdırılmasının səsvermədə şəffaflığın təmin olunması istiqamətində atılmış müsbət addım kimi qiymətləndirmişdir. O, televiziyalarda namizədlər üçün ödənişsiz efir vaxtının ayrılmasının və debatların təşkil olunmasının demokratiyanın təbliğatına xidmət etdiyi diqqətə çatdırmışdır.