Azərbaycanda seçki məntəqələrinin işləri, həmçinin ümumilikdə seçki sistemi yüksək səviyyədə təşkil edilib
Bakı,9 oktyabr. Azərbaycanda seçki məntəqələrinin işləri, həmçinin ümumilikdə seçki sistemi yüksək səviyyədə təşkil edilib, Azərbaycanda prezident seçkilərini müşahidə edən Roy Kienitz bu haqda Müstəqil Mətbuat Mərkəzinə xəbər verib.
"Azərbaycanda prezident seçkilərini müşahidə etdiyim müddətdə heç bir problemlə üzləşmədim,” Kienitz qeyd edib. O həmçinin bildirmişdir ki, üzvü olduğu müşahidə qrupu gün ərzində Bakıdan kənarda yerləşən seçki məntəqələrinвə olmuşlar.
"Səsvermə prosesi ilə maraqlandıq, seçicilәrlә səs verməzdən əvvəl və sonra söhbət etdik. Məndə belə bir təəssürat yarandı ki, seçicilər seçkilərdə iştirak etməkdən çox məmnundurlar. Məni vətəndaşların seçki məntəqələrindəki fəallığı və ölkənin siyasi həyatında iştirak etmək üçün səsverməyə getməkləri təsirləndirdi. Deyə bilərəm ki, mənim ölkəmdə insanlar belə fəal deyillər və 50% -dən az əhali seçkilərdə iştirak edir. Bugünkü seçkilərdə iştirak edən əhalinin sayı həddən artıq çoxdur,” Kienitz qeyd etdi.