Silvestr Reys: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun həyata keçirilir
Bakı,9 oktyabr. Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun həyata keçirilir, Azərbaycanda prezident seçkilərini müşahidə edən Texas ştatının keçmiş konqresmeni Silvester Reys bu haqda məlumat verib.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, o, həmçinin qeyd etmişdir ki, seçicilərin səs verməsi üçün yaxşı şərait yaradılmış və yüksək aktivlik müşahidə edilmişdir.
Reyesin sözlərinə görə seçkilər vaxtında başlamışdır. Seçki komissiyasının bütün üzvləri yerlərdə səmərəli və beynəlxalq standartlara uyğun çalışırlar. "Həmçinin qeyd etmək istəyirəm ki, səsvermə prosesində heç bir ciddi problem qeydə alınmamışdır,” Reyes qeyd etmişdir.