Mərkəzi Seçki komissiyaları arasında əməkdaşlıq ölkələrimizin dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərir
Bakı, 8 oktyabr. Mərkəzi Seçki komissiyaları arasında əməkaşlaq ölkələrimizin dostluq münasibətlərinin daha da genişlənməsinə və möhkəmlənməsinə müsbət təsir göstərir.
Müstəqil Mətbuat Mərəzi xəbər verir ki, bu fikirlər oktyabrın 9-da keçiriləcək prezident seçkilərini izləmək üçün Bakıda səfərdə olan Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixailo Ohendovski ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun görüşündə səslənmişdir.
Məzahir Pənahov seçkilərin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə ukraynalı həmkarına ətraflı məlumat vermişdir.
Mixailo Ohendovski onu Bakıya dəvət etdiyinə görə M.Pənahova minnətdarlıq etmişdir. O, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərə hazırlıqla bağlı qanun çərçivəsində gördüyü işləri yüksək qiymətləndirmişdir.
Görüşdə seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün seçki komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.