Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, əvvəlcə Komissiyanın oktyabrın 3-də keçirilmiş iclasının protokolu təsdiqlənmişdir.
Sonra Ümid Partiyası tərəfindən təqdim edilmiş 11 nəfər həmin partiyanın səlahiyyətli nümayəndəsi, 10 nəfər isə vəkil edilmiş şəxsi kimi qeydə alınmışdır.
Komissiya Sosial Demokrat Partiyasının bir nəfər vəkil edilmiş şəxsini də qeydə almışdır.
İclasında həmçinin, prezidentliyə namizəd Cəmil Həsənlinin 1 nəfər səlahiyyətli nümayəndəsinin qeydiyyatı namizədin xahişinə əsasən ləğv olunmuş və onun löhvəciyinin etibarsız hesab edilməsi qərara alınmışdır. Mərkəzi Seçki Komissiyası daxil olan bir müraciətə də baxmışdır. Müraciət əsassız olduğundan təmin edilməmişdir.
MSK cari məsələlərə də baxmışdır. İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.