Səsvermə günü Mətbuat Şurası və Müstəqil Mətbuat Mərkəzi əlaqəli fəaliyyət göstərəcəklər
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mətbuat Şurası yerlərdə monitorinqi davam etdirir. Şuranın idarə heyətinin üzvləri səsvermə günü respublikanın rayon və şəhərlərində, ucqar məntəqələrdə belə monitorinq aparacaqlar.
Bu məlumatı Müstəqil Mətbuat Mərkəzinə Mətbuat Şurasının sədri Əflatun Amaşov vermişdir.
Ə.Amaşov demişdir ki, Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyəti ilə bağlı üzləşə biləcəkləri problemləri dərhal həll etmək üçün müvafiq tədbirlə görəcəkdir.
"Bu işdə biz Müstəqil Mətbuat mərkəzinin də fəaliyyətindən bəhrələnmək niyyətindəyik. Bunun üçün də Mətbuat Şurası Müstəqil Mətbuat Mərkəzi ilə sıx əməkdaşlıq edəcəkdir” deyən Ə.Amşov onu da bildirmişdir ki, səsvermə günü Mətbuat Şurasında "qaynar xətt” yaradılacaqdır.