Oktyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
03 oktyabr 2013 21:39
Oktyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 27 və 29 sentyabrda keçirilmiş iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikas Prezidentinin seçkilərində səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb kameraların istifadə edilməsi təcrübəsinin tətbiqinə dair məsələyə baxılmışdır. Qərara alınmışdır ki, 2013-cu il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərdə işğal edilmiş ərazilər istisna olmaqla respublikanın bütün ərazisində, 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameralar quraşdırılsın.
İclasda Azərbaycan Demokrat Partiyasından 8, Ədalət Partiyasından isə 7 vəkil edilmiş şəxs qeydə alınmışdır. MSK-nın iclasında həmçinin, Ümid Partiyasından olan 1 nəfər vəkil edilmiş şəxsin qeydiyyatı öz xahişinə əsasən ləğv olunmuş və onun löhvəciyinin etibarsız hesab edilməsi qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərə də baxmışdır. Müraciətlərdən birinin qanunvericiliklə müəyyən olunmuş şikayət verilmə müddəti ötürüldüyündən ərizəçiyə geri qaytarılması barədə qərar qəbul olunmuş, digər iki müraciət isə əsassız olduğundan təmin edilməmişdir.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.