Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
29 sentyabr 2013 14:50
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiya prezidentliyə namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə məsələyə baxmışdır. MSK Cəmil Həsənli tərəfindən təqdim olunmuş 3 nəfərin səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
İclasda Azərbaycan Demokrat Partiyasının 25, Milli Dirçəliş Hərəkatı Partiyasının 28, Ümid Partiyasının isə 40 nəfər vəkil edilmiş şəxsi qeydə alınmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə də baxılmışdır. Müraciətlərdən biri onu edən şəxs tərəfindən geri götürüldüyündən həmin müraciətin baxılmasına xitam verilmişdir. Digər müraciətin isə təmin edilməsi qərara alınmışdır.
MSK cari məsələlərə də baxmışdır.
İclasda beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.