Bakıda "Səs ver" layihəsinin təqdimatı olmuşdur
23 sentyabr 2013 15:54
Bakı, 23 sentyabr (AzərTAc). Sentyabrın 23-də "Park İnn” mehmanxanasında "İrəli” İctimai Birliyinin təşəbbüsü və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə qarşıdan gələn prezident seçkilərində gənclərin seçki prosesinə fəal şəkildə cəlb edilməsi məqsədi daşıyan "Səs ver” layihəsinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə MSK katibliyinin rəhbəri Rövzət Qasımov, "İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Mərasim gənc müğənni Tomrisin ifasında layihənin himni sayılan "Səs ver” mahnısının səslənməsi ilə başlamışdır.
MSK katibliyinin rəhbəri Rövzət Qasımov təqdimat mərasimində çıxış edərək bildirmişdir ki, prezident seçkilərində 500 minə yaxın gənc səsvermə hüququndan ilk dəfə istifadə edəcəkdir. Bununla da onlar tam hüquqlu vətəndaş kimi ölkə həyatında gedən bütün proseslərdə iştirak edə biləcəklər. MSK katibliyinin rəhbəri məlumat vermişdir ki, bu il ümumilikdə beş milyon seçici qeydiyyata alınmışdır ki, onların da iki milyonu, yəni 40 faizi gənclərdir. İlk dəfə səs vermək hüququ əldə edən gənclər isə ümumi seçicilərin on faizini təşkil edir. Oktyabrın 9-da , seçki günü 18 yaşı tamam olacaq daha 150 gənc öz seçici hüquqlarından istifadə edə biləcəkdir.
"İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev "Səs ver” layihəsinin hədəfləri haqqında danışaraq bildirmişdir ki, məqsəd qarşıdan gələn prezident seçkilərində gənclərin fəallığının artırılması və səsvermə hüquqlarından ilk dəfə istifadə edəcək seçicilərin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirməkdir.
R.Mərdiyev daha sonra demişdir ki, kampaniya çərçivəsində tədbirlərə start verilmiş vəwww.sesver.azsaytı fəaliyyətə başlamışdır. Gəncləri seçkilərdə fəal olmağa səsləyən "Səs ver” mahnısının klip çəkilişləri tamamlanmışdır. İlk dəfə səs verəcək gənclər üçün məlumat kitabçaları hazırlanmış və təlimçi qrupları yaradılmışdır.
Mərasimdəwww.sesver.azsaytının və "Səs ver” mahnısına çəkilmiş klipin rəsmi təqdimatları olmuşdur.
Sonda xatirə şəkil çəkdirilmişdir.