Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 13 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Komissiya Sosial Demokrat Partiyası tərəfindən təyin olunmuş Nüşabə Əlizadənin və Demokrat Partiyası tərəfindən təyin edilmiş Nizami Məmmədzadənin MSK-nın məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənməsi barədə qərar çıxarmışdır.
İclasda Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən təqdim olunmuş 18 nəfərin səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə də qərar qəbul edilmişdir.
MSK Gülbəy Əmirovu Müasir Müsavat Partiyasının, Elşad Mirbəşiri isə prezidentliyə namizəd Zahid Orucun səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.
Komissiyanın iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının 50, Azərbaycan Sosial Demokrat Partiyasının 5, Azərbaycan Demokrat Partiyasının 17, prezidentliyə namizəd Cəmil Həsənlinin 37, Ədalət Partiyasının 13 vəkil edilmiş şəxsinin qeydə alınması barədə qərar qəbul etmişdir.
İclasda 67 saylı Cəlilabad şəhər və 103 saylı Gədəbəy seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.