ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür
Sentyabrın 12-də ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Mərkəzi Seçki Komissiyasında (MSK ) sədr Məzahir Pənahovla görüşmüşdür.
Səfir seçkilərin hazırki mərhələsində görülən işlər və planlaşdırılan layihələrlə maraqlanmışdır.
Namizədlərin qeydə alınması prosesinin yekunlaşmaq üzrə olduğunu qeyd edən sədr sentyabrın 16-dan seçkiqabağı təşviqat kampaniyasına start veriləcəyini diqqətə çatdırmışdır. O, qeyd etmişdir ki, qeydə alınmış namizədlərin seçki qanunvericiliyinə uyğun təşviqat aparmaları üçün bütün lazımi şərait yaradılmışdır. Sədr qarşıdan gələn seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün atılmış addımlardan söz açmış, qonağı maraqlandıran digər sualları cavablandırmışdır.
R. Morninqstar səmimi qəbul və ətraflı məlumat üçün təşəkkürünü bildirmişdir.
Görüşdə seçkilərlə bağlı əməkdaşlığın perspektivləri barədə müzakirələr də aparılmışdır.