Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 3 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Zahid Məhərrəm oğlu Orucun prezidentliyə öz təşəbbüsü irəli sürülmüş namizədliyinin qeydə alınması barədə məsələyə baxılmışdır. Qeyd olunmuşdur ki, seçkilərdə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun namizədliyi Mərkəzi Seçki Komissiyasının 17 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2013-cü il sentyabrın 3-də namizədin səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, namizədin qeydə alınması üçün əsasların olması müəyyən edilmişdir.
Sonra Komissiya nəzdindəki İşçi qrupunun rəhbəri İlham Məmmədov təqdim olunmuş imza vərəqələrinin və digər sənədlərin yoxlanılmasının nəticələri barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası Zahid Orucun 2013-cü il oktyabrın 9-na təyin edilmiş prezident seçkilərində namizəd kimi qeydə alınması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası Zahid Oruc tərəfindən təqdim edilmiş 6 nəfəri onun səlahiyyətli nümayəndəsi kimi qeydə almışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.