MDB PA ekspert qrupu Mərkəzi Seşki Komissiyasının sədri ilə görüşmüşdür
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu sentybarın 4-də Mərkəzi Seçki Kömissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Qonaqları salamlayan sədr seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirmiş və MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulamışdır.
Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey bildirmişdir ki, rəhbərlik etdiyi qrup 7 MDB ölkəsinin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın vəziyyəti ilə də tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır. Artıq ekspertlər Azərbaycanın Gəncə, Samux və Şəmkir rayonlarına səfər edərək dairə və mənətəqə seçki komissiyalarının işi ilə tanış olmuş, seçkilərə hazırlığın vəziyyəti ilə yaxından maraqlanmışlar. Qrup rəhbəri növbəti səfərlərinin Lənkəran, Lerik və Astara rayonlarına olacağını diqqətə çatdırmşdır.
Mərkəzi Seçki Komissiyasının sədri qonaqların xahişi ilə onlara seçkiyə hazırlıqla bağlı görülmüş işlər və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat vermişdir.
Görüşdə qarşıdan gələn seçkilərin müşahidəsinin təşkili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.