Aprelin 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
18 aprel 2006 14:47
Aprelin 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 4 aprel 2006-cı il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov 13 may 2006-cı ilə təyin edilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə seçki bülletenlərinin forması, mətni və sayının təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin formasını və mətnini təsdiq etməklə yanaşı, qərara almışdır ki, daimi seçici siyahılarındakı seçicilərin sayı barədə 2006-cı ilin aprel ayının 17-nə olan məlumata əsasən, 10 seçki dairəsinin hər biri üzrə seçicilərin sayından 3 faiz artıq olmamaqla cəmi 402.224 ədəd seçki bülleteni hazırlansın.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova və MSK üzvü Tamam Cəfərova bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyşiklik edilməsinə dair məsələ barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair qərarlar çıxarmışdır.
Komissiyaya daxil olmuş müraciətlər də müzakirəyə çıxarılmışdır. Müraciətlərdən 1-i araşdırılması üçün Respublikanın Baş Prokurorluğuna, ikisi isə aidiyyatı üzrə müvafiq dairə seçki komissiyalarına göndərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ və Böyük Britaniya səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər