Əvvəlcə Komissiyanın 2, 9 və 16 sentyabr 2004-cü iı tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
01 oktyabr 2004 17:07
Əvvəlcə Komissiyanın 2, 9 və 16 sentyabr 2004-cü iı tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov gündəlikdıki növbəti məsələ - "Azərbaycançı Qüvvələr Birliyi” siyasi partiyalar blokunun qeydə alınması haqqında məlumat vermişdir. MSK həmin seçki blokunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Komissiya Milli Məclisə əlavə seçkilər üşün seçki bülletenlərinin hazırlanması qaydası, mətni, forması, onların sayı və hazırlanmasına aid tələblər barədə də qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bələdiyyələrə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun layihəsi barədə məlumat vermişdir. MSK həmin protokol nümunəsini təsdiq etmişdir.
Mərkəzi Seçki Komissiyası həmçinin bələdiyyə seçkilərində səsvermənin nəticələri barədə seçki dairəsi dairə seçki komissiyası protokolu formasının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçisi, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.