Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MCK katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 15 saylı Yasamal birinci, 18 saylı Yasamal – Səbail, 19 saylı Nərimanov birinci, 22 saylı Nəsimi ikinci, 36 saylı Xətai dördüncü, 47 saylı Mingəçevir, 98 saylı Şəmkir şəhər, 111 saylı Zaqatala – Balakən və 115 saylı Şəki – Oğuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
13 oktyabr 2004 17:02

Sonra MSK katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seşki Komissiyasına daxil olmuş müraciətlər haqqında məlumat vermişdir. Komissiya həmin müracıətlərdə əksini tapmış məsələlərin müsbət həlli barədə qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.