Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov gündəlikdəki ilk məsələ – Ədalət və Vətəndaş Həmrəyliyi Partiyaları tərəfindən bələdiyyə seçkilərində iştirak etmək məqsədilə təsis olunmuş "Demokratik Azərbaycan" seçki blokunun qeydə alınmasına baxılması haqqında məlumat vermişdir. Komissiya bu məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.

16 sentyabr 2004 16:32
[16.09.2004]
Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov gündəlikdəki ilk məsələ – Ədalət və Vətəndaş Həmrəyliyi Partiyaları tərəfindən bələdiyyə seçkilərində iştirak etmək məqsədilə təsis olunmuş "Demokratik Azərbaycan” seçki blokunun qeydə alınmasına baxılması haqqında məlumat vermişdir. Komissiya bu məsələnin müsbət həlli barədə qərar qəbul etmişdir.
Sonra MSK katibi Vidadi Mahmudov 8 saylı Binəqədi birinci, 25 saylı Nizami ikinci, 65 saylı Sabirabad – Kürdəmir, 70 sayli Masallı şəhər, 106 saylı Tovuz – Qazax – Ağstafa, 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyaslarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.