İclasın gündəliyi təsdiq olunduqdan sonra Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə, qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin seçki fondlarına daxil olmuş vəsailərdən istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimatın layihəsi barədə məlumat vermişdir. MSK bu Təlimat layihəsinin təsdiq edilməsi barədə qərar çıxarmışdır.
28 avqust 2004 16:21

Komissiya bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılmasının və aparılmasının uçotu, hesabatı qaydası, habelə namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna vəsaitin daxil olması və xərclənməsi qaydaları haqqında Təlimatın layihəsini müzakirə etmiş və bu sənədi də təsdiqləmişdir.
MSK katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində qeydiyyatdançıxma vəsiqəsindən istifadə edilməsiniə dair İzahın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası İzah layihəsinin təsdiqi barədə qərar qəbul etmişdir.
Bələdiyyə üzvlüyünə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatın toplanması Qaydası layihəsi də MSK-nın iclasında müzakirəyə çıxarılmış və təsdiq edilmişdir.
Azərbaycan Respublikasında bələdiyyələrə seçkilərdə bəzi seçki sənədləri nümunələrinin layihələri Komissiyanın müzakirəsinə verilmişdir. Mərkəzi Seçki Komissiyası həmin nümunələrin layihələrini təsdin etmişdir.
İclasda təşkilati məsələlərə də baxılmışdır. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Sveitlana Qasımova 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü və 49 saylı Yevlax- Mingəçevir seçki dairələri dairə seçki komissiyalarının, MSK katibi Natiq Məmmədov isə 17 saylı Yasamal üçüncü və 55 saylı Xaçmaz şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi təklifi ilə çıxış etmişlər. Komissiya sözügedən seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik barədə təklifləri bəyənmişdir.
MSK cari məsələləri də müzakirə etmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.