İclasda Azərbaycan Respublikasının Milli Məclisinı seçkilər üzrə 24 saylı birinci, 29 saylı Səbayıl və 101 saylı Xanlar-Daşkəsən seçki dairələrində 2004-cü il oktyabrın 19-da əlavə seçkilərin keçirilməsinə dair əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiq edilməsi barədə məsələ müzakirə olunmuşdur.
21 iyun 2004 15:39

–Qeyd edək ki, həmin dairələrdə deputat mandatları boş qaldığı üçün əlavə seçkilər təyin edilmişdi.
Məsələ barədə məlumat verən MSK sədri Məzahir Pənahov iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin seçkilərin təyin edilməsi haqqında sərəncamına əsasən Mərkəzi Seçki Komissiyasının qeyd edilən üç seçki dairəsində əlavə seçkilərin keçirilməsi həmin Təqvim planının hazırlandığını bildirmişdir.
2004-cü il oktyabrın 19-da əlavə seçkilərin keçirilmısinə dair əsas hərəkət və təadbirlərin Təqvim Planı barədə Mərkəzi Seçki Komissiyasının katibi İnqilqb Nəsirov məlumat vermişdir.
Komissiya Təqvim planının əsas kimi təsdiq olunması barədə qərar qəbul etmişdir.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakı ofisinin təmsilçiləri, yeri və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.