Avqustun 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

11 avgust 2010 10:04

Avqustun 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. 

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

 MSK sədri seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və seçki prosesində iştirak edəcək digər subyektlərin maarifləndirilməsi prorqamının davam etdirildiyini bildirmiş, avqustun ikinci yarısından etibarən bu sahədə görülən işlərin intensivləşəcəyini diqqətə çatdırmışdır.

 O, bildirmişdir, qeyd olunan dövrdə, televiziyalarda seçki hüququ ilə bağlı maarifləndirici verilişlər hazırlanaraq efirə veriləcək, dövri nəşrlərdə də bu səpkili materillar çap etdiriləcək. 

Bundan əlavə, yaxın vaxtlarda cənab Prezidentin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafisəi üzrə Milli Fəaliyyət Planınının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar təşkil ediləcək.

 Görüşdə ATƏT-in Bakı ofisi ilə birgə keçiriləcək tədbirlər barədə də müzakirələr aparılmışdır.