Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

01 oktyabr 2010 15:56


Oktyabrın 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

 Əvvəlcə Mərkəzi Seçki Komissiyası 27 sentyabr 2010-cu il tarixli iclasının protokolunu təsdiq etmişdir.

Sonra Xəlilov Nəbi Hümbət oğlunun Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü təyin edilməsi barədə qərara qəbul olunmuşdur.

Mərkəzi Seçki Komissiyası 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Qarabağ”, "İslahat” və "AXCP – Müsavat” siyasi partiyalar blokllarının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul etmişdir.

MSK-nın iclasında 2010-cu il noyabarın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydasına dair də qərar qəbul olunmuşdur.

Mərkəzi Seçki Komissiyası 75 saylı Lənkəran – Masallı, 92 saylı Zərdab – Ucar və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı AXCP-Müsavat siyasi partiyalar bloku tərəfindən nazmidəliyi irəli sürülmüş Pərviz Həşimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətinə baxılmış və həmin müraciətin aidiyyatı üzrə baxılması üçün 39 saylı Gəncə (Kəpəz) birinci seçki dairəsi dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul olunmuşdur.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-ni Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Bakı ofisinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.