Oktyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Oktyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə 7 noyabr 2010-cu ilə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə "exit poll” keçirmək niyyətində olan qurumun müraciəti ilə bağlı məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası "ELS” Müstəqil Araşdrıma Mərkəzinin qeydiyyata alınması barədə qərar qəbul etmişdir.
İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır.
Müraciətlərdən 4-ü təmin edilərək müvafiq dairə seçki komissiyasının qərarı ləğv olunmuş və müraciət edən namizədlərin qeydə alınması barədə qərara qəbul edilmişdir.
Bir müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, 6-nın araşdırma müddəti uzadılmış, 4-nün isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.