Sentyabrın 17-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karolin Broun Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

17 sentyabr 2010 14:28


Sentyabrın 17-də Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karolin Broun Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür. 

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə Böyük Britanita səfirliyi arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. 

 MSK sədri seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat vermiş və görüləcək işlərdən danışmışdır. 

Başqa ölkələrin əsrlər boyu qurduğu sistemi yeni müsətqillik qazanmış ölkələrin qısa müddət ərzində formalaşdırmaq məcburiyyətində qaldığını bildirən səfir bununla bağlı müsbət təcrübənin müşahidə edildiyini vurğulamışdır. 

O, Azərbaycandakı inkişafdan məmnunluq ifadə etmiş və Böyük Britaniyanın ölkəmizi dəstəkədiyini dilə gətirmişdir. 

Səfir Mərkəzi Seçki Komissiyası tərəfindən atılan addımlarla bağlı razılığını ifadə etmişdir.  

Görüşdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Böyük Britaniya səfirliyi ilə əmkdaşlığın gələcək perspektivləri də müzakirə edilmişdir.