Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 16 sentyabr 2010-cu il tarixli iclasının protokolu təsdiqlənmişdir.
Sonra 2010-cu il noyabarın 7-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması barədə qərar qəbul olunmuşdur.
Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərdə səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyaları protokollarının doldurulması qaydasıına dair izahların layihələrini müzakirə etmiş və həmin normativ aktların təsdiqlənməsi barədə qərar çıxarmışdır.
İclasda Milli Məclisə keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protkollarının hazırlanması qaydası və sayı barədə məsələyə baxılmış və qərara alınmışdır ki, yekun protokolları MSK tərəfindən müəyyən olunmuş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir, ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq Milli
Məclisin mətbəəsində mətbəə üsulu ilə çap olunsun.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.