Sentyabrın 2 –də Boris Frletsin rəhbərlik etdiyi ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər
02 sentyabr 2008 11:38
Sentyabrın 2 –də Boris Frletsin rəhbərlik etdiyi ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşlər. Qonaqları salamlayan MSK sədri bildirmişdir ki, Komissiya seçkilərin nəticələrinin qiymətlənidirlməsi baxımından müşahidəçilərin fəalıiyyətinə xüsusi əhəmiyyət verir və ATƏT DTİHB Müşahidə Missiyasını Azərbaycanda görməkdən məmnunluq duyur.
Missiyanın rəhbəri Boris Frlets səmimi qəbula görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin 15 oktyabr Azərbaycan Respublikasında prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş etmiş, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə sullar vermişdir.
M. Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı Komissiyanın fəalıiyyəti, həyata keçridiyi tədbirlər barədə ətraflı məlumat vermiş, qonaqların suallarını cavablandlrmşdır.